CƏMİYYƏT

Vəkillər Kollegiyasının sədrliyinə 4 nəfərin namizədliyi irəli sürüldü

Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədrliyinə 4 nəfərin namizədliyi irəli sürülüb.

“Report”un əldə etdiyi məlumata görə, bunlar VK-nın sədr müavini, Kollegiyanın hazırkı sədr əvəzi Fərhad Nəcəfov, sədrin digər müavini Aydın Axundov, RH-nın üzvü Anar Bağırov və Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, vəkil Şəfayət Həsənovdur.

Namizədlərin sayının artacağı istisna edilmir.
Bu il dekabr ayında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti konfransı keçiriləcək. Konfransda Rəyasət Heyətinin üzvləri və Heyətin yeni sədri seçiləcək.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edəcək.

Paylaş:
Загрузка...