CƏMİYYƏT Xüsusi

Vüqar Qaradağlı rəhbərlikdən uzaqlaşdırıldı

ATV kanalının prezidenti Vüqar Qaradağlının işdən çıxarılması və yeni təyinatla bağlı açıqlama verilib.

Oxu.Az xəbər verir ki, ATV kanalının prezidenti təyin olunan Azər Xəlilov bizimyol-a açıqlamasında məlumatın doğru olduğunu bildirib.

«Bəli, məlumat doğrudur. Mən təyin edilmişəm. Hazırda kanalda iclas gedir. Sonra yenidən danışarıq».

14:25

ATV prezidenti Vüqar Qaradağlı telekanal rəhbərliyindən uzaqlaşdırılıb.

Oxu.Az-ın telekanaldan əldə etdiyi məlumata görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin iştirakı ilə keçirilən iclasdan sonra bu qərar verilib.

Əldə etdiyimiz məlumata görə, ATV-yə müvəqqəti olaraq CBC telekanılının baş direktoru Azər Xəlilov rəhbərlik edəcək.

Qeyd edək ki,  Vüqar Qaradağlının işdən çıxarılmasına Turan İbrahimovun öz proqramında dövlət əleyhinə ifadələr işlətməsi səbəb göstərilir.

Xatırladaq ki, ATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun verilişi yenidən dayandırılıb.

Məlumata görə, kanal rəhbərliyinin verilən tövsiyələri nəzərə almaması, Turan İbrahimovun və digər simaların efirdən uzaqlaşdırılmasının tələb olunmasına baxmayaraq, onlara yenidən meydan verilməsi və özlərinin bəyan etdiyi kimi, “qaldıqları yerdən davam etmələri” məsələni daha da kəskinləşdirib.

Məlum olub ki, T. İbrahimovun MTRŞ-yə, konkret olaraq, hökumətin TV siyasətinə qarşı meydan oxuması bütövlükdə ATV rəhbərliyinin başını bəlaya salıb.

Paylaş:
Загрузка...