CƏMİYYƏT

Xalq artistləri Fədayədən danışdı: “Bacısı yanıma gəldiyi üçün…”

“Hər şeydən öncə Fədayə bir sənət adamı, Azərbaycan xanımıdır. Onun içəridə olması yaxşı hal deyil. İnanmıram ki, hansısa sənətçi xanım cinayət törətsin. Buna inanmıram”.

Bu sözləri musavat.com saytına açıqlamasında xalq artisti Mənsum İbrahimov məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçınla bağlı danşarkən deyib.

F. Laçının azadlığa buraxılması ilə bağlı prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayan 9 xalq artistindən biri olan M. İbrahimov Fədayənin sənətkar olduğunu deyib:

Картинки по запросу Mənsum İbrahimov

“Hər kəsin həyatında səhv ola bilər. Günahı varsa, cəzasını almalıdır. Amma onun sənətkar xanım olması nəzərə alınmalıdır. Müraciət üçün mənə yaxnlaşılanda məmnuniyyətlə imzaladım. Bu işə ürəklə yanaşmışam. Cəmiyyət də Fədayəyə biganə qalmamalıdır. Yaxın münasibətimiz olmayıb, amma sənətinə, səsinə bələdəm. O torpağı işğalda olan xanımdır. Sənətinə görə ona humanist yanaşılmalıdır. Müraciətimizə müsbət cavab alacağımıza inanıram”.

Похожее изображение

Xalq artisti Alim Qasımov Fədayə ilə heç vaxt görüşmədiyini, xanım olduğu üçün müraciətə qoşulduğunu deyib: “Heç vaxt Fədayə ilə görüşməmişəm, münasibətim olmayıb. Xanımdır , səhv edib. Hadisə haqqında ətraflı məlumatım yoxdur. Bacısı yanıma gəldi, mən də böyük sənətkarlara qoşulub, imzaladım. Bu barədə çox danışmaq istəmirəm”.

Müğənninin vəkili Türkel Süleymanlı isə bildirib ki, hələ müraciətə hər hansı cavab gəlməyib.

Картинки по запросу Türkel Süleymanlı

Qeyd edək ki, müraciəti Alim Qasımov, Aftandil İsrafilov, Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Rafiq Hüseynov (Rəmiş), Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova imzalayıblar. Müraciətdə Fədayə Laçının sənət adamı kimi xidmətlərinin nəzərə alınaraq, bağışlanılması istənilir.

Xatırladaq ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Paylaş:
Загрузка...