CƏMİYYƏT

Yasamal «zibilə düşdü»

 Yasamal rayonu Balababa Məcidov və Mirzə Fətəli Axundov küçələrinin kəsişməsində antisanitar vəziyyət hökm sürür.

«Panorama»nın məlumatına görə, ərazidə yaşayan sakinlər bildirir ki, günlərdir, həyətlərdən toplanan zibillər zibil qablarından daşır:

“Günlərlə zibil yığılıb qalır, antisanitar vəziyyət hər gün artır. Amma heç kim gəlib maraqlanmır. Zibil maşınları da xeyli vaxtdır gəlmir deyə, zibil ortalıqda qalır. Dəfələrlə aidiyyatı qurumlara xəbərdarlıq etmişik”.

Sakinlərin sözlərinə görə, zibil çox olduğu üçün küçə heyvanlarının da sayı artıb:

“Zibilliyin yaratdığı üfunət iyi, xəstəliklərlə yanaşı, heyvanlar, xüsusən də itlərin sayı artıb. Uşaqları küçəyə çıxarmağa qorxuruq. Mənzil Kommunal İstismar İdarəsinə məlumat vermişik”.

 

Paylaş:
Загрузка...