CƏMİYYƏT

Yavər Camalov: «Sifariş olarsa, döyüş bombalarının istehsalına başlaya bilərik»

«Aviasiya bombalarımızın testləri bitib və seriyalı istehsalı hazırdır».

Panorama.az xəbər verir ki, bu haqda məlumatı “AzeriDefence” jurnalına müsahibəsi zamanı Azərbaycan Müdafiə Sənasi naziri Yavər Camalov deyib.

Nazirin sözlərinə görə, təlim aviasiya bombalarımız isə hazırda Hərbi Hava Qüvvələrimizin istifadəsində yer alır:

«Sifariş olarsa, döyüş bombalarının istehsalına başlaya bilərik».

«Sərgilərdə nümayiş etdirdiyimiz əsasən idarə olunmayan bombalardır. Müəssisəmiz bunlarla yanaşı, süzən aviasiya bombasının yaradılması istiqamətində işləyir. Paralel olaraq ASELSAN şirkəti ilə bu bombaların idarə olunan variantının istehsalı barədə razılığa gəlmişik. Bunlar lazer başlıqlı olacaq», — deyə nazir əlavə edib.

Paylaş:
Загрузка...