CƏMİYYƏT

Yeni ilqabağı böyük əfv sərəncamı olacaq — Gözlər prezidentdə

Hər il bir qayda olaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə  Prezident İlham Əliyev məhkumların əfvi sərəncamı imzalayır.

Ötən il Novruz bayramında 432 məhbus əfv sərəncamı ilə azadlığa çıxıb. Məhkumların bu il “yeni il” ərəfəsində, əfv olunub-olunmayacaqları barədə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri Əliməmməd Nuriyevdən açıqlama aldıq.

Əliməmməd Nuriyev A24.Az-a açıqlamasında bildirdi ki, ilin sonunda əfv fərmanının gözlənilməsi istisna deyil:

“Əfvlə bağlı heç vaxt öncədən danışıqılar gedə bilməz. Çünki bu məsələ qanunvericiliklə tənzimlənən məsələdir. Əfv komissiyasının təşəbbüsi ilə iclas çağırılır. Müvafiq olaraq araşdırma aparılır, onlara uyğun qərarlar qəbul edilir. İstisna etməzdim ki, ilin sonunda əfv fərmanı gözlənilə bilər. Amma bilindiyi kimi bu, Azərbaycan Respublikası Prezidentinin konstutasion səlahiyyətləridir. Əfv sərəncamının nə vaxt verilməsi məsələsini özü həll edir. Əfv komisiyyasına çoxlu sayda müraciətlər daxil olur. İlk olaraq bu müraciətlər katiblər tərəfindən emal olunur. Daha sonra əfv məsələləri üzrə komisiyyanın iclası zamanı onlar baxılır və komisiyanın salahiyyətlərinə müfaviq olaraq rəylər qəbul edilir. Lakin konkret olaraq, kimlərin əfv olunması məsələsi cənab prezident müəyyənləşdirir. Çünki bu prezidentin səlahiyyətinə aiddir”.

Ə.Nuriyevin onu da qeyd edir ki, bir qayda olaraq Azərbaycan da hər zaman əfv sərəncamı ilin sonunda Dünya azərbaycanlıların həmrəylik günündə imzalanır.

Paylaş:
Загрузка...