CƏMİYYƏT

Zaur Kamalın «elçiliyi»ndə görünməmiş hadisə — Qız tərəfi oğlan evini elə bir şəkildə alçaltdı ki… — VİDEO

Zaur Kamalın aparıcılığı ilə yayımlanan «5-də 5» verilişinin «Elçilik» rubrikasında indiyə qədər görünməmiş hadisə baş verib. GoldNews.Az xəbər verir ki, aparıcı Zaur Kamal, müğənnilər Mənzurə Musayeva və Talıb Tale bu dəfə Xaçmaz rayonundan gələn dəvət üzərinə bu rayona Elşad adlı gənc üçün elçiliyə yollanıblar. Veriliş zamanı qeydə alınan hadisə isə hər kəsin marağına səbəb olub.

Belə ki, Elşad adlı gəncin ailəsi ilə Aytən adlı xanım üçün onların evinə yollanan Zaur Kamal, müğənnilər və gəncin ailəsi əvvəlcə qız evindən «yox» cavabı alıblar. Elçilik baş tutmadığı üçün geri qayıdan oğlan evi yolda olarkən qız evindən onlara yenidən zəng gəlib və ailə qızı verməyə razı olduğunu qeyd edib. Yoldan geri qayıdan oğlan tərəfinə qız evinin cavabı isə yenidən «yox» olub.

Verilişdə daha sonra qeydə alınanlar da bəzi izləyicilər tərəfindən hiddətlə qarşılanıb. Zaur Kamal oğlan evinə qayıdaraq Elşada xəbəri Aytənin şəxsən verəcəyini bildirib.

Aparıcı Aytən adlı xanıma zəng edib və bu zaman qız Elşadı sevmədiyini, qəlbinin başqasına aid olduğunu söyləyib.

Verilişdə qeydə alınan görüntüləri təqdim edirik:

Paylaş:
Загрузка...