CƏMİYYƏT

Zaurdan Damlaya qəfil sual: «300 manat maaş alan oğlanla evlənərsənmi?»

Xəzər TV-də yayımlanan «5-də 5» verilişinin qonaqlarından biri müğənni Damla olub.

GoldNews.az xəbər verir ki, müğənni verilişə təsadüfən bir gün əvvəl proqramda qonaq olan Könül Kərimovanın geyindiyi libası geyinib. Aparıcı Zaur müğənnini bu barədə xəbərdar etməsindən sonra «olsun təki, biz gənclər Könül Kərimovadan örnək götürək», -deyə Damla bildirib.

«Mənə ən çox dəstək olan insan Könül Kərimova olub. İlk sənətə gələndə ailəm narazı idi. Məndə evdə bir az mübahisə edən kimi qaçıb Könül xanımgildə qalırdım».

Daha sonra müğənni Zaurun, » 300 manat maaş alan oğlanla evlənərsənmi?» sualına çox tərəddüd etdikdən sonra müğənni, «ümumiyyətlə, ailə qurmaq fikrim yoxdur»,- deyə cavab verib.

Paylaş:
Загрузка...