İDMAN

40 yaşında karyerasını bitirdi

“Monako”nun qapıçısı Morqan De Sanktis karyerasını bitirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 40 yaşlı qolkiperin sabiq klubu “Roma”da menecer kimi çalışacağı gözlənilir.

İtaliyalı qapıçı ötən il “Roma”dan “Monako”ya keçmişdi. O, Fransa klubunun heyətində son mövsüm cəmi 8 oyunda meydana çıxıb.

Qeyd edək ki, Morqan “Napoli”, “Roma”, “Qalatasaray”, “Sevilya” və “Udineze” kimi klublarda da çıxış edib.

Paylaş:
Загрузка...