İDMAN

Arda Turan yenidən Türkiyə millisində

Türkiyə millisinə yeni baş məşqçi təyin olunan rumıniyalı Mirça Luçesku Arda Turanı yığmaya qaytara bilib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın sabiq baş məşqçisi Fatih Terim və jurnalist Bilal Meşə ilə aralarında yaranan problemlərə görə milli tərk edən ulduz oyunçu artıq yenidən bu formanı geyinmək qərarı verib. 

İspaniyaya gedərək Arda ilə görüşən Mirça onun könlünü ala bilib. Rumıniyalı təcrübəli mütəxəssislə Arda arasında belə dialoq baş tutub:

— Luçesku: Sən komandanın kapitanısan. Bizim sənə ehtiyacımız var. Mən milli komandaya olan sevgini, sənə olan sevgini geri qaytaracam. Buna görə yenidən bu formanı geyinməlisən.

— Arda: Mənim də sevgiyə ehtiyacım var.

— Luçesku: O zaman geri dönəcəksən.

Görüşün sonunda tərəflər razılığa gələ biliblər.

Paylaş:
Загрузка...