İDMAN

Ardanın satış qiyməti açıqlandı

«Barselona»nın futbolçusu Arda Turanın satış qiyməti müəyyənləşib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu 30 yaşlı yarımmüdafiəçiyə 41 milyon avro qiymət qoyub.

Xəbərdə o da bildirilib ki, A.Turanı «Arsenal» transfer etmək istəyir. Türk oyunçunun Londonda artıq özünə villa aldığı da iddia edilib.

Qeyd edək ki, A.Turan ötən mövsüm 26 matçda 11 qol vurub, 4 qolun ötürməsini verib.

Paylaş:
Загрузка...