İDMAN

Autizmlilər İdman Klubu Türkiyə çempionatından gümüş medalla geri döndü — FOTO

Autizmlilər İdman Klubu (AİK) təmsilçisi Xaqan Əliyev, Türkiyədə keçirilən xüsusi qayğıya ehtiyacı olan idmançılar arasında stolüstü tennis çempionatında gümüş medal sahibi olub.

Panorama.az xəbər verir ki, fevralın 2-dən 4-nə dək Türkiyənin Antalya şəhərində keçirilən stolüstü tennis çempionatında AİK Azərbaycanı təmsil edib.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışlara qatılan AİK-ə yeganə medalı, klubun aktiv üzvü olan Xaqan Əliyev qazandırıb. Yarışlarda yüksək nəticə göstərməsinə baxmayaraq, sonuncu final mərhələsində rəqibindən az xal toplayan klub təmsilçisi Xaqan Əliyev gümüş medal sahibi olub.

Yarışlar bitdikdən sonra təmsilçilərimiz fevralın 5-də vətənə dönüblər.

 

 

Paylaş:
Загрузка...