İDMAN

Azərbaycan çempionatında fantastik qol: meydanın mərkəzindən – VİDEO

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti tura start verilib.

Bizimyol.info xəbər verir ki, ilk görüş “İnter”lə “Kəpəz” arasında keçirilib.

Bakıda baş tutan qarşılaşmada sevinən tərəf meydan sahibləri olub. Belə ki, qapılara 5 top vurulan matçda “İnter” minimal hesabla qalib gəlib.

Oyuna gəldikdə isə qonaqların meydan sahiblərinin qapısına uzaq məsafədən vurduğu qol yaddaqalan olub.

“Kəpəzin”in futbolçusu Kərim Diniyev görüşün 37-ci dəqiqəsində meydanın özlərinə aid hissəsindən topu birbaşa qapıya göndərib.

“İnter” – “Kəpəz” 3:2

Qollar: 5′ Fuad Bayramov, 21′ Adrian Scarlatache, 32′ Amid Quluzadə, 36′ Şəhriyar Rəhimov, 37′ Kərim Diniyev.

Paylaş:
Загрузка...