İDMAN Xüsusi

Azərbaycan şahmat üzrə Avropa çempionu oldu

Şahmat üzrə Azərbaycan yığması Yunanıstanda keçirilən Avropa komanda çempionatının qalibi olub.

Oxu.Az-ın məlumatına görə, son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla yekunlaşdırıb. Almaniyaya qalib gələn Rusiya komandası da xallarını sayını 14-ə çatdırıb.

Bununla belə, əlavə əmsalların cəminə görə Azərbaycan yığması Rusiyadan üstün olaraq turnirin qalibi adını qazanıb.

20:24

Azərbaycanın kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında mübarizəni davam etdirir.

Oxu.Az xəbər verir ki, Azərbaycan şahmatçıları sonuncu turda Ukrayna komandası qarşılaşıblar

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Martın Kravtsiv cütlüklərinin hamısı heç-heçə oynayıblar.

Doqquz turdan sonra Azərbaycan komandası 14 xalla çempionata liderlik edir. Turnirin qalibi isə Rusiya-Almaniya qarşılaşmasından sonra bəlli olacaq.

Paylaş:
Загрузка...