İDMAN

Azərbaycanda yeni idman klubu yarandı

Tovuz Autizm İdman Klubu fəaliyyətə başlayıb.

Autizmlilər İdman Klubunun ictimaiyyətlə əlaqələr şöbəsindən Panorama.az-a verilən məlumata görə, yeni yaranmış klubun təsisçisi Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmovdur. Tovuz Autizm İdman Klubu yalnız həmin rayonda deyil, həmçinin ətraf rayon və bölgələrdəki autizm və digər problemlərdən əziyyət çəkən uşaq və gənclərin idmanla reabilitasiya alması üçün yaradılıb. Tovuz Autizm İdman Klubu rayonun Gənclər Evinin nəznində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə” və 2011-ci ildə imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramları xüsusi qeyd edilməlidir. Həmin proqramlar dövlət başçısının Azərbaycan gəncliyinə münasibətinin birbaşa təzahürüdür.

Paylaş:
Загрузка...