İDMAN

Azərbaycanın qadın güləşçisi dünya çempionu oldu

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

Oxu.Az-ın məlumatına görə, yarışlarım üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 4 çəkidə mübarizə aparıb.

38 kq-da mübarizə aparan Şahanə Nəzərova ilk görüşdə Yaponiya təmsilçisini 84 saniyədə, yarımfinalda isə Rusiya idmançısını 65 saniyədə tam üstünlüklə məğlub edərək finala yüksəlib.

Həlledici görüşündə Mariya Tomişiçi vaxtından əvvəl üstələyən Nəzərova dünya çempionu olub.

Qeyd edək ki, Şahanə Nəzərova bir ay bundan əvvəl yeniyetmələrin Avropa çempionu adını qazanıb.

Paylaş:
Загрузка...