İDMAN

Azərbaycanın tanınmış hakimi Avropa Liqasına təyinat aldı

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək «Vitoriya Gimaraynş» (Portuqaliya) — «Zalsburg» (Avstriya) görüşünü Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə edəcək.

«Panorama.az» goal.az-a istinadən xəbər verir ki, görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimi əlavə köməkçiləri, Mübariz Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, matç sentyabrın 14-də «Afonso Henriques» stadionunda keçiriləcək.

Paylaş:
Загрузка...