İDMAN

Azarkeşlər qola sevindi, tribuna çökdü — Video

Fransa çempionatının 8-ci turunda keçirilən “Amyen” – “Lill” oyununda tribunada hadisə baş verib.

“Qafqazinfo» xəbər verir ki, matçın 15-ci dəqiqəsində hesabı açan qonaq komandanın oyunçusu Fode Ballo-Turenin qoluna sevinmək azakeşlərə baha başa gəlib.

Belə ki, “Lill” fanatlarının yer aldığı tribunada bariyerlərdən biri çöküb. Nəticədə 4-ü ağır olmaqla ümumilikdə 26 nəfər yaralanıb.

Məhz bu səbəbdən oyun yarımçıq dayandırılıb.

Paylaş:
Загрузка...