İDMAN

«Bavariya»nın yeni baş məşqçisi məlum oldu

Dortmundun “Borussiya” klubunun sabiq baş məşqçisi Tomas Tuxel yaxın müddətdə “Bavariya”nın baş məşqçisi təyin ediləcək.

«Qaynarinfo» APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Məlumata görə, klub rəhbərliyi ilə razılığa gələn T.Tuxel müqavilənin imzalanması üçün Münhenə yola düşüb.

Sentyabrın 28-də “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti uğursuz nəticələrə görə istefaya göndərilib. Klub Çempionlar Liqasının II turunda  PSJ-yə 0:3 hesabı ilə məğlub olub, Bundesliqada isə 3-cü pillədə qərarlaşıb.

44 yaşlı Tomas Tuxel bundan əvvəl Almaniyanın “Maynts” və “Borussiya” (Dortmund) klublarında çalışıb. Onun rəhbərliyi altında “Borussiya” 2016/17-ci il mövsümündə Almaniya Kubokunu qazanıb.

Paylaş:
Загрузка...