İDMAN

Bu Federasiyada qalmaqal böyüyür: Maaşlar gecikir, idmançılar gətirilmir…

Su polosu üzrə millimizin sabiq baş məşqçisi Azər Babayev saytımıza açıqlamasında yığma komandanın olmadığını demişdi: «Hazırda bizim əsas milli komandamız yoxdur. Milli komandanın İslam Oyunlarında pis iştirak etməsi, yaş hədlərinin də çox olmasına görə onlarla vidalaşmalı olduq”. 
Ancaq Su İdmanı Növləri Federasiyasında su polosu üzrə komanda olmasa da, A.Babayev həmin quruma məxsus Su İdman Sarayında fəaliyyətini davam etdirirdi. Ancaq bu açıqlaması ona baha başa gəlib.
Unikal.org-un əldə etdiyi məlumata görə, A.Babayevin bu açıqlaması federasiyada qalmaqala səbəb olub. Belə ki, qurumdakıların fikirincə sabiq məşqçi sözügedən açıqlama ilə daxildəki sirri kənara ötürüb. Məlumatda bildirilir ki, bu səbəbdən onu qurumdan tamamilə uzaqlaşdırıblar. Aldığımız digər məlumata görə, su polosu üzrə milli komandada idmançı yoxdur. Səbəb isə bu idman növü üçün idmançı toplaya və xaricdən heç bir idmançı gətirə bilmədikləridir.
Təbii ki, Su İdman Növləri Federasiyasında problem bununla bitmir. Üzgüçülük idman növündə ən böyük problemlərdən biri də təlim məşqlərin ancaq ölkə daxilində keçirilməsi və maaşların gecikdirilməsidir. Belə ki, üzgüçülərin bildirdiyinə görə, bəzi idmançılara maaş müəyyən olunub. Onlar bu il başlayandan maaaşlarını ala bilməyiblər. Təbii ki,ötən ildən də borclar qalıb. Ancaq qurum tərəfindən açıqlanıb ki, bu il ödəniləcək məvaciblər ötənilkinə nisbətən azaldılıb. Buna baxmayaraq federasiyadan pullarını ala  bilməyiblər.
Paylaş:
Загрузка...