İDMAN

Bu ölkədə stadiona ilk dəfə qadın gəldi

Səudiyyə Ərəbistanında ilk dəfə stadiona qadın ayağı dəyib.

Panorama.Az goal.az-a istinadən xəbər verir ki, qadınlar dövlətin qurulmasının ildönümü münasibətilə təşkil olunan tədbir çərçivəsində Ər-Riyadda yerləşən Kral Fəhd adına stadiona buraxılıb.

«Ümid edirik ki, gələcəkdə stadionlara manəsiz gələ biləcəyik. Uzun illər qadınlara kişilərlə bərabər hüquqların verilməsini gözləyirəm» — tədbir iştirakçısı Umm Abdurrahman deyib.

Səudiyyə Ərəbistanında şəriət qaydalarına ciddi əməl olunur. Bu ölkədə qadınlarla kişilərin eyni məkanda birlikdə olması qadağandır.

Paylaş:
Загрузка...