İDMAN

Cavid Hüseynov cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Premyer Liqanın X turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Oktyabrın 27-də Premyer Liqanın X turunun «Qarabağ” — «Səbail” matçının 43-cü dəqiqəsində «Qarabağ” klubunun 25 №-li futbolçusu Ansi Aqolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oktyabrın 28-də «Neftçi” – «Sumqayıt” matçında «Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Bundan başqa, «Zirə” – «Qəbələ” matçında «Zirə” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 43-cu dəqiqəsində «Qəbələ” klubunun 14 №-li futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.
Paylaş:
Загрузка...