İDMAN

“Çelsi”yə qalib gələ bilərik” — Çex

“Arsenal”ın qapıçısı Petr Çex İngiltərə Premyer Liqasının beşinci turunda sabiq klubu “Çelsi”yə qarşı keçirəcəkləri oyundan danışıb. 

Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper komandasının London derbisindən 3 xalla ayrıla biləcəyini vurğulayıb:

“Biz ölkə kuboku və Superkuboku uğrunda matçlarda “Çelsi” ilə qarşılaşmışıq. Ona görə də bilirik ki, bu komandaya qalib gəlməyə qadirik.
“Çelsi” son 2 oyunda bizə uduzub. Bu da onları məyus etməyə bilməz. Biz bu məqamdan xeyrimizə yararlanmalıyıq”.

Qeyd edək ki, “Çelsi” — “Arsenal” görüşü bazar günü, sentyabrın 17-də keçiriləcək.

Paylaş:
Загрузка...