İDMAN

Daha bir ölkə DÇ-2018-ə vəsiqəni təmin etdi

Futbol üzrə Polşa yığma komandası DÇ-2018-in seçmə mərhələsinin matçında Monteneqro millisini məğlub edib.

APA-nın xəbərinə görə, Varşavada keçirilən matç oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “E” qrupunda birinci yeri tutan Polşa Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası

Polşa — Monteneqro — 4:2

Qollar: 1:0 — Maçinski, 6, 2:0 — Qrositski, 16, 2:1 — Muqoşa, 78, 2:2 — Vukçeviç, 83, 3:2 — Levandovski, 85, 4:2 — Stoykoviç, 87 (аvtoqol)

Paylaş:
Загрузка...