İDMAN

«Fənərbaxça» David Silva ilə razılaşdı

Türkiyənin «Fənərbaxça» klubu transfer bombasını partladır.

«Ölkə.Az» xəbər verir ki, klub 31 yaşlı ulduz futbolçu David Silvanı transfer etmək üçün «Manchester City» klubu ilə razılaşıb.

Nabil Dirarın performansı ilə kifayətlənməyən klub axtardığı futbolçunu tapıb. «Valencia» klubunda ulduzu parıldayan və 2010-cu ildə 27 milyon paunda «Manchester City»yə transfer olan David Silva «Fənərbaxça» ilə razılaşıb.

Xəbərə əsasən klub rəhbərliyi həm futbolçu, həm də klubu ilə hər mövzuda razılığa gəlib.

Paylaş:
Загрузка...