İDMAN

«Fənərbaxça»nın yeni baş məşqçisi bəlli oldu

«Fənərbaxça»nın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, İstanbul təmsilçisini Aykut Kocaman çalışdıracaq.

Bunu “Hürriyət”ə açıqlamasında Kocaman özü deyib: «Fənərbaxça»da yarımçıq qalmış işlərim var. Onları həll etməyə gəlirəm. «Qalatasaray»la oyunumuzdan sonra bu barədə rəsmi açıqlama veriləcək».

Hazırda “Konyaspor”u çalışdıran 52 yaşlı mütəxəssis bu gün “Qalatasaray”la keçiriləcək oyundan sonra komandanı tərk edəcək.

Qeyd edək ki, “Konyaspor” bu mövsüm Türkiyə kubokunu qazanıb.

Xatırladaq ki, Kocaman 2010-2013-cü illərdə də «Fənərbaxça»nın baş məşqçisi olub.

Paylaş:
Загрузка...