İDMAN

“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi

Türkiyənin “Fənərbaxça” klubuna yeni baş məşqçi təyin olunub.

Oxu.Az-ın məlumatına görə, 2016/2017 mövsümünün başa çatmasından sonra hollandiyalı mütəxəssis Dik Advokatla yollarını ayıran “Fənərbaxça” “Konyaspor”un baş məşqçisi Aykut Kocamanla razılığa gəlib.

A.Qocamanla iki illik müqavilə bağlanıb.

Qeyd edək ki, 52 yaşlı mütəxəssis ötən mövsüm “Konyaspor”la Türkiyə kubokunu qazanıb.

Aykut Kocaman bundan əvvəl 2010-2013-cü illərdə də “Fənərbaxça”nın baş məşqçisi olub.

Paylaş:
Загрузка...