İDMAN

Fernando “Qalatasaray”da

“Qalatasaray” “Mançester Siti”nin futbolçusu Fernandonu transfer edib.

“Qafqazinfo” xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün İstanbul klubu «şəhərlilər»ə 5 milyon 250 min avro təzminat ödəyib.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2014-cü ildə «Portu»dan «Mançester Siti»yə transfer edilmişdi.

Paylaş:
Загрузка...