DÜNYA İDMAN

Futbol tarixinin ən böyük təyyarə qəzaları — FOTOLAR

Ötən il Braziliyanın Chapecoense futbol klubunun üzvlərinin də içərisində olduğu təyyarə Kolumbiyada qəzaya uğrayıb.

Təyyarədəki 81 nəfərdən 76-sı həlak olub, beş nəfərsə sağ qalıb. Sağ qalanlardan ən azı ikisi Chapecoense-də forma geyinir.

Bu faciə futbol klublarının başına gəlmiş yeganə təyyarə qəzası deyil.

Futbol klublarının başına gələn ölümcül təyyarə qəzaları ilə tanış olun:

4 may 1949 — Dörd dəfə İtaliyanın A Seriyasında çempion olmuş Torino futbol klubu düşdüyü təyyarə qəzasında 22 nəfəri itirir. Onlardan 18 nəfəri klubun futbolçuları idi.

Torino klubu təyyarə qəzasında 22 üzvünü itirib

6 fevral 1958 — İngiltərə futbol klubu Manchester United-in Münhendə uğradığı təyyarə qəzasında səkkiz futbolçu həlak olub. Baş məşqçi Matt Busby-yə ithafən «Busby-nin körpələri» kimi tanınan gənc klubdan gözləntilər böyük idi.

3 aprel 1961 — Çili birinci liqa klubu Green Cross-u daşıyan təyyarənin Las Lastimas Dağlarına çırpılması nəticəsində səkkiz futbolçu və texniki heyyətdən də iki nəfər olmaqla ümumilikdə 10 nəfər ölüb.

Manchester United azarkeşləri faciənin 55-ci ildönümündə «Heç vaxt ölməyəcəyik» şüarı açıblar

26 sentyabr 1969 — «The Strongest» adlı Boliviya futbol klubunu daşıyan təyyarə Viloco-da qəzaya uğrayır. Qəzada 16 futbolçu və iki texniki işçi ilə yanaşı məşqçi Eustaquio Ortuno da ölüb.

6 dekabr 1987 — Peru birinci liqa klubu Alianza Lima-nın paytaxt Limada keçirdiyi qəzada həlak olanlar arasında baş məşqçi Marcos Calderon və 16 futbolçu da var idi.

28 aprel 1993 — Zambiya milli futbol komandası Qabonun Libreville şəhərində keçirdiyi təyyarə qəzasında 18 futbolçu və rəhbər heyətin beş üzvünü itirib.

Zambiya milli komandasını daşıyan təyyarə dənizə düşüb.

Milli.az//

Paylaş:
Загрузка...