İDMAN

Hacı Əliyev üçqat dünya çempionu oldu

Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev Fransanın paytaxtı Parisdəki dünya çempionatında qızıl medal qazanıb.

«Report»un məlumatına görə, 61 kq çəkidə mübarizə aparan ikiqat dünya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı mübarizəyə 1/16 final mərhələsindən qoşulub.

O, ardıcıllıqla qırğızıstanlı Alibek Osmonovu (8:0), yaponiyalı Rinya Nakamuranı (10:1), slovakiyalı Mikola Bolotnjuku (10:0) və kubalı Yovlis Bonne Rodrigezi (10:0) məğlub edərək, finala çıxıb.
Həlledici görüşdə rusiyalı Hacımurad Rəşidovla qarşılaşan H.Əliyev rəqibinə tuşe ilə qalib gəlib.

Paylaş:
Загрузка...