İDMAN

Juliano rəsmən “Fənərbaxça”da

“Zenit”in futbolçusu Julianonun “Fənərbaxça”ya keçidi rəsmiləşib.

Qol.az-ın məlumatına görə, bu barədə İstanbul klubunun saytı xəbər yayıb. Braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Türkiyə klubu bu transfer üçün Sankt-Peterburq təmsilçisinə 7 milyon avro ödəyib.

Qeyd edək ki, Juliano ötən mövsüm “Zenit”in heyətində ümumilikdə 38 oyunda 17 qol vurub.

Paylaş:
Загрузка...