İDMAN

«Kopenhagen» azarkeşləri Danimarka polisini döydü — VİDEO

Danimarka çempionatında IV turun oyunları keçirilib.

Prosport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Azərbaycan çempionu «Qarabağ»ın rəqibi olan «Kopenhagen» səfərdə «Bröndbü» ilə qarşılaşıb və derbi oyunda meydanı məğlub tərk edib — 0:1. Qolu 90-cı dəqiqədə «Bröndbü»nün isveçli yarımmüdafiəçisi Simon Tiblinq vurub.

Son dəqiqədə gələn qol «Kopenhagen» azarkeşlərinin özündən çıxmasına və ixtişaş törətməsinə səbəb olub. Yerləşdirdiyimiz videoda 1 təhlükəsizlik əməkdaşının yaralandığı görünür. Nəticədə məsələyə polis müdaxilə etməli olub. Lakin onlar da azğınlaşmış paytaxt sakinləri qarşısında bir müddət geri çəkilməli olub. Polis müfəttişi Brian Tofteman bildirib ki, həmin gün oyunla bağlı 42 qayda pozuntusu müəyyən edilib. 6 nəfər həbs olunub, bu gün isə buraxılıblar. 19 dəfə isə yerli polisə qarşı zorakılıq əlaməti qeydə alınıb. Onu da bildirək ki, bu müddətdə oyun saxlanılıb. Komandalar meydançanı tərk etmədən insidentə tamaşa ediblər.

Qeyd edək ki, 4 turdan sonra 5 xala malik Ağdam klubunun rəqibi 14 klub arasında VIII sıradadır.

Paylaş:
Загрузка...