İDMAN

Kristof Daum istefaya göndərildi

Rumıniya Futbol Federasiyası millinin baş məşqçisi Kristof Daumu istefaya göndərib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, federasiyanın bu gün keçirdiyi iclasda sözügedən qərar verilib.

Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burlenau yeni baş məşqçi axtarışlarına başladıqlarını bildirib.

Qeyd edək ki, K.Daum Rumıniya millisi ilə çıxdığı son 6 matçda cəmi 1 qələbə qazanıb.

Paylaş:
Загрузка...