İDMAN

Londonda «Qarabağ»ın oyununa baxmaq neçəyə başa gələcək?- QİYMƏTLƏR+VİDEO

Birinci sınağından üzü ağ çıxan «Qarabağ” komandasına UEFA qrup mərhələsində də azarkeşlər dəstək olacaqlar. Play off mərhələsini keçən «Qarabağ” Azərbaycan futbol tarixində bir ilkə imza atmışdı. Növbəti mərhələdə «Qarabağ»ın dünya ulduzları ilə səfər oyununa da indidən turizm şirkətləri tur paketlər hazırlayıb.

Əməkdaşlarımız «Qarabağ»-ın səfər oyununa ən ucuz canlı baxmağın yollarını araşdırıb.

Tofiq Bəhrəmov adına respublika stadionunda keçirilən UEFA Çempionlar Liqasının pley of mərhələsində Qarabağın ev oyunlarına biletlər demək olar ki, çox tez bir zamanda satılıb qurtarmışdı. Azarkeş dəstəyinin qarşılığını qələbəylə qaytaran «Qarabağ»in növbəti qrup mərhələsində də oyunlarına böyük maraq var.

Qarabağ Azərbaycan futbol tarixində bir ilkə imza atmaqla yanaşı idman turizminin yenidən inkişafına səbəb olub. Artıq bəzi turizm şirkətləri sırf Qarabağın oyunları üçün xüsusi tur paketlər hazırlayıblar.

İlk səfər oyununa İngiltərənin Çelsi klubu ilə çıxan Qarabağın oyunu izləmək istəyənlər minimum 600 avrolarından keçməli olacaqlar. Bura qarşılanma və yola salınma, aviabilet və oyun biletləri də olmaqla otel xərcləri də daxildir. 6 gecə 7 günlük səfərdə 2 gün də Budapeşt səyahəti də tura daxildir.

Daha ucuz variant axtaranlar isə Kutaisidən uçmaq və hosteldə qalmaqla 300 avroya qədər qənaətlə oyunu izləyə bilərlər.

Daha çox maraq isə Qarabağın Atletiko Madrid komandası ilə olan oyunadır.

İspaniya, İtaliya, İngiltərəyə getmək üçün viza tələbi olduğundan oyuna getmək istəyən azarkeşlər bir neçə gün öncədən müraciət etməlidir. İngiltərənin Çelsi komandası ilə olan ilk oyun sentyabrın 27 də, Bakı vaxtı ilə 22 :45 də başlayacaq. (Xəzər TV)

Paylaş:
Загрузка...