İDMAN Xüsusi

Millimiz San Marinonu darmadağın etdi

 

Bu gün DÇ-2018-in seçmə mərhələsində 8-ci turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, C qrupunda mübarizə aparan milli komandamız da növbəti oyununa çıxıb.

Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda San Marinonu qəbul edib və rəqibi 5:1 hesabı ilə darmadağın edib.

Ardıcıl 4 oyundur məğlub olan komandamız bu gün qalib gəlməklə  5-ci yerdən 3-cü yerə yüksəlib. Millimiz mövqeyini qorumaq üçün qrupdakı rəqiblərimizdən Norveç Almaniya ilə oyunda xal itirməli, Çexiya isə Şimali İrlandiyaya uduzmalıdır.

4 sentyabr

DÇ-2018 seçmə mərhələsi

8-ci tur

C qrupu

20:00. Azərbaycan – San Marino — 5:1
Qollar: 
Əfran İsmayılov, 20 (1:0), Araz Abdullayev, 25 (2:0), Əfran İsmayılov, 57(3:0),  Miçel Cevoni, 71-avtoqol (4:0), Mirko Palazzi, 74 (4:1), Rəşad Sadıqov,81 (5:1)
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Milutin Djukiç, Yovitsa Tatar
Bakı. 8-ci km stadionu

22:45.Almaniya — Norveç

22:45.Şimali İrlandiya — Çexiya

N Komanda O Q H M  T/F X
1 Almaniya 7 7 0 0 29-2 21
2 Ş. İrlandiya 7 5 1 1 14-2 16
3 Azərbaycan 8 3 1 4 8-12 10
4 Çexiya 7 2 3 2 10-7 9
5 Norveç 7 2 1 4 8-10 7
6 San Marino 7 0 0 7 1-33 0
Paylaş:
Загрузка...