İDMAN

«Qəbələ» Araz Abdullayevi Kipr klubuna icarəyə verdi

«Qəbələ» klubunun futbolçusu Araz Abdullayev yenidən karyerasını legioner kimi davam etdirəcək.

Prosport.Az saytının əldə etdiyi məlumata görə, Araz Kiprin «Anortosis» klubunun şərəfini qoruyacaq. «Qəbələ» ilə ilyarımlıq müqaviləsi olduğundan, futbolçu Larnaka şəhərində fəaliyyət göstərən klubda 2017/18 mövsümünü icarə əsasında keçirəcək. 25 yaşlı futbolçumuz yeni klubunda 77 nömrəli formanı geyinəcək. «Anortosis»in bu transferi sabah rəsmi şəkildə elan edəcəyi gözlənilir.

Qeyd edək ki, Araz Abdullayev əvvəllər İngiltərənin «Everton» və Yunanıstanın «Panionios» klublarında legioner həyatı yaşayıb.

Paylaş:
Загрузка...