İDMAN

«Qəbələ» məğlub oldu

Futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin oyunlarına start verilib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycanın “Qəbələ” klubu səfərdə Yunanıstanın “Panatinaikos” komandasının qonağı olub.

Matç ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0.

Qarşılaşmada yeganə qolu 37-ci dəqiqədə penalti zərbəsindən Molins vurub.

Cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək

Paylaş:
Загрузка...