İDMAN

“Qarabağ” – “Atletiko” matçına azarkeşlərin daşınması necə olacaq? – Rəsmi açıqlama

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Atletiko” matçını izləyəcək azarkeşlər stadiona pulsuz daşınacaq.

Bunu Yenicag.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, “Roma” ilə oyundakı kimi yenə ekspress avtobuslar təşkil ediləcək.

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 18-də keçiriləcək.

Paylaş:
Загрузка...