İDMAN

“Qarabağ” Çempionlar Liqasının play-off mərhələsində

Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının play-off mərhələsinə vəsiqə qazanıb.

Oxu.Az-ın xəbərinə görə, Ağdam təmsilçiləri III təsnifat mərhələsinin cavab qarşılaşmasında səfərdə Moldovanın “Şerif” komandasına 2:1 hesabı ilə qalib gəliblər.

Matçda hesabı ilk hissəyə əlavə edilmiş dəqiqələrdə Dino Ndlovu açıb. Qarşılaşmanın 86-cı dəqiqəsində isə Miçel komandamızın üstünlüyünü iki topa çatdırıb. Ev sahiblərinin təsəlli qolunu hakimin oyuna əlavə etdiyi dəqiqələrdə penaltidən Badibanqa vurub.

Xatırladaq ki, Bakıda keçirilən ilk qarşılaşma 0:0 hesabı ilə başa çatmışdı.

Bununla da “Qarabağ” Çempionlar Liqasının play-off mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub.

Paylaş:
Загрузка...