İDMAN

«Qarabağ» qələbə ilə qayıdır

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycanın “Qarabağ” klubu səfərdə Gürcüstanın “Samtredia” komandasının qonağı olub.

Tbilisinin Boris Payçadze adına “Dinamo Arena” stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçilərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 22-ci dəqiqədə Donald Gerryer vurub.

Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə Qurban Qurbanovun yetirmələri 5:0 hesabı ilə qələbə qazanmışdılar.

II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütünün qalibi olacaq.

Paylaş:
Загрузка...