İDMAN

«Qarabağ» «Real» ilə bir sırada — FOTO

İnternetdə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klublarının texniki sponsorlarının infoqrafikası yayımlanıb.

«Panorama.az» sport7.az-a istinadən xəbər verir ki, bunu tvitterdə «pontela_10» adlı istifadəçi hazırlayıb.

İlk sırada Adidas yerləşib. 13 komandanın formaları bu alman şirkətinin istehsalıdır. Bu komandalar sırasında Çl-in qalibi «Real» ilə yanaşı, «Qarabağ»da var. Digər klublar isə «Mançester Yunayted», «Bavariya», «Yuventus», ÇSKA, «Anderlext», «Feyenord», «Benfika», «Beşiktaş», «Bazel», «MAribor» və «Olimpiakos»dur.

Nike firması isə ÇL klublarından 12-sinin forma sponsorudur. «Barselona», «Atletiko», «Tottenhem», «Mançester Siti», «Çelsi», «Monako», PSJ, «Roma», «Şaxtyor», «Spartak», «Leypsiq» və APOEl bu firmanın formalarını geyinir.

Paylaş:
Загрузка...