İDMAN

«Qarabağ»dan əzmkar QƏLƏBƏ

Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində ilk oyunda Danimarkanın “Kopenhagen” komandasını məğlub edib.

Oxu.Az-ın xəbərinə görə, Tofiq Bəhramov adına respublika stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçilərinin minimal hesablı qələbəsi ilə başa çatıb — 1:0.

Bütün oyun rəqibdən üstün olan ağdamlıların yeganə qolunu 25-ci dəqiqədə Mahir Mədətov vurub.

Cavab qarşılaşması avqustun 23-də Kopenhagendə “Parken” arenasında baş tutacaq. Əgər bu oyunda da, “Qarabağ” sərfəli nəticə əldə etsə (ən azından uduzmasa), komandamız Azərbaycan tarixində böyük bir ilkə imza atacaq — Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək.

Paylaş:
Загрузка...