İDMAN

«Qarabağ»dan növbəti qələbə

Topaz Premyer Liqasında III turun oyunları keçirilib.

«Qaynarinfo» xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

İlk oyun günündə «Neftçi» «Kəpəz»lə heç-heçə oynayıb — 0:0. «İnter» isə debütant «Səbail»ə 1:0 hesabı ilə qalib gəlib.

İkinci oyun günündə «Qarabağ» «Qəbələ»ni sınağa çəkib. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan «Qarabağ» çempionluq uğrunda əsas rəqibi üzərində qələbəyə sevinib — 2:1. «Zirə» isə doğma meydanda «Sumqayıt»a qalib gəlib — 3:1.

3 turdan sonra «Zirə» və «Qarabağ» 9 xalla turnir cədvəlinə başçılıq edir. Qəsəbə təmsilçisi top fərqində rəqibini üstələyir.

Premyer Liqa

III tur

25 avqust

İnter — Səbail 1:0

Qol: Nizami Hacıyev, 4.

Neftçi — Kəpəz 0:0

26 avqust

Zirə — Sumqayıt 3:1

Qollar: Riçard Qadze, 52. Vüsal İsgəndərli, 61; 78 — Jozef Bum, 88 (avtoqol).

Qarabağ — Qəbələ 2:1

Qollar: Mahir Mədətov, 63. Miçel, 73 — Stiven Jozef-Monroz, 69.

1. Zirə 3 3 0 0 8-2  9

2. Qarabağ 3 3 0 0 6-2  9

3. Qəbələ 3 2 0 1 4-3  6

4. İnter 3 1 0 2 2-3  3

5. Sumqayıt 3 1 0 2 3-5  3

6. Səbail         3 1 0 2 2-3  3

7. Neftçi 3 0 1 2 1-4  1

8. Kəpəz         3 0 1 2 1-5  1

Bombardir: Mahir Mədətov (Qarabağ) — 3.

Paylaş:
Загрузка...