İDMAN

«Qarabağ»ın Çempionlar Liqasındakı qazancı məlum oldu

«Qarabağ»ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində «Atletiko» ilə oyunda heç-heçə etməsi Ağdam təmsilçisinin büdcəsini də zənginləşdirəcək.
«Panorama.az» baku.ws-ə istindən xəbər verir ki, Madriddə «Atletiko» ilə 1:1 hesablı heç-heçəyə nail olan təmsilçimizə UEFA tərəfindən yarım milyon avro (988.800 AZN) mükafat ayrılacaq.
Tərəflərin Bakıda keçirilən oyununda da 0:0 hesablı bərabərliyin qeydə alındığını nəzərə alsaq, bu, «Qarabağ»ın İspaniya təmsilçisi ilə matçlarda ümumlikdə 1 milyon avro (1.977600 AZN) qazanc əldə etməsi deməkdir.
Qeyd edək ki, qrup mərhələsindəki hər qələbənin mükafat məbləği 1,5 milyon heç-heçə isə 500 min avrodur. 1/8 final mərhələsinə çıxan klub isə 6 milyon avro qazanacaq.
Paylaş:
Загрузка...