İDMAN

«Qarabağ»ın oyununu 10 kanal yayımlayacaq SİYAHI

Bu gün Çempionlar Liqasında «play-off» mərhələsinə start veriləcək. «Qaynarinfo» xəbər verir ki, Azərbaycan çempionu «Qarabağ» Danimarkanın «Kopenhagen» klubu ilk matçını evdə keçirəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçı televiziya vasitəsi ilə də canlı izləmək mümkün olacaq. Qarşılaşmanı Azərbaycanın «İdman Azərbaycan», Türkiyənin «Tivibu Spor 2», Ruiyanın «Futbol 3» telekanalları canlı yayımlayacaq.

Avropada yaşayanlar həmçinin görüşü Danimarkanın HD TV3, Serbiyanın «Arena Sport 1», Bosniya və Hersoqovinanın «Arena Sport BiH BT Sport 2», Almaniyanın «HD Sky Sport 1», Portuqaliyanın «HD Sport TV1», Norveçin «Viasat 4 Norge» və İsveçin «HD Viasat Sport Premium» kanalları vasitəsi ilə izləyə bilər.

Paylaş:
Загрузка...