İDMAN

Qılıncoynatma Federasiyasında baş məşqçi də istefaya göndərildi

Xəbər verdiyimiz kimi, Azərbaycan Qılıncoynatma Federasiyasında bu gün hesabat-seçki konfransı keçirilib.

Prosport.Az saytının məlumatına görə, tək vitse-prezident Yaşar Məmmədov istefaya göndərilməyib. Həmçinin baş katib Məryəm Babanlı postundan kənarlaşdırılıb. Bundan başqa, baş məşqçi Fikrət Vəliyev də işindən uzaqlaşdırılıb.

Yaşar Məmmədovun yerinə Diasporla İş Üzrə Komitədə Nazim İbrahimovun müavini olan Ramin Məmmədov vitse-prezident təyin olunub. Halbuki o əvvəllər bu federasiyada Məryəm Babanlıdan əvvəl baş katib işləyib. Babanlının əvəzinə isə özünün «Fensinq» qılıncoynatma klubu olan Asəf Məlikov təyin olunub. Məlikov həmçinin paralimpiya qılıncoynatma millimizin baş məşqçisi sayılır. Fikrət Vəliyevin yerinə isə kimin təyin olunduğu açıqlanmayıb.

Qeyd edək ki, bu 3 şəxs federasiya prezidenti Nazim İbrahimovun 26 aydır, maaş verməməsinə görə onu daima tənqid edib. Hesabat-seçki konfransına bu 3 şəxsdən yalnız Məryəm Babanlı dəvət olunub.

Paylaş:
Загрузка...