İDMAN

Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşdü

Azərbaycan millisinin və «Qarabağ»ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşüb.

Panorama.az goal.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi eyni mövsümdə Çempionlar Liqasında həm baş məşqçi, həm də futbolçu kimi iştirak edib. Sadıqov «Qarabağ»ın kapitanı olmaqla yanaşı, həm də Ağdam təmsilçisinin U-19 komandasının baş məşqçisidir.

Ötən il Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan çempionu olan «Qarabağ»ın U-19 komandası da UEFA Gənclər Liqasında mübarizəyə start verib. Sadıqovun rəhbərlik etdiyi komanda qrupda ilk oyununda «Çelsi»yə Londonda 0:5 hesabı ilə uduzub.

Paylaş:
Загрузка...