İDMAN

Ramil Şeydayev “Qarabağ”da

“Qarabağ”ımız bu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırmaq üzrədir.

Oxu.Az-ın məlumatına gör, Ağdam təmsilçiləri millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.

Müqavilə ilə “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək.

21 yaşlı hücumçu “Zenit” Futbol Klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb. Ötən yayda “Trabzonspor”a transfer olunan Şeydayev qışda icarə əsasında Slovakiyanın “Jilina” klubuna keçib.

Qeyd edək ki, Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.

Paylaş:
Загрузка...