İDMAN

Türkiyə Superliqası “CBC Sport”da yayımlanacaq — Azərbaycanda İLK

Azərbaycanda yayımlanan “CBC Sport” telekanalı yenilik edib. 

Modern.az saytı xəbər verir ki, “CBC Sport” Türkiyə Superliqasının oyunlarını canlı yayımlayacaq. Bunu kanalın baş direktoru Volkan Üst açıqlayıb.

O, bununla bağı kanalın saytına fikirlərini bildirib: «Böyük sevinc hissi ilə tamaşaçılarmıza, futbol ictimayyətinə, futbolu sevən hər kəsə bildirmək istəyirik ki, Türkiyə superliqasının oyunları tarixdə ilk dəfə Türkiyədən kənarda fəaliyyət göstərən və açıq yayımda olan kanal vasitəsi ilə yayımlanacaq. Bu ilkə “CBC Sport” imza atdı”.

Volkan Üst deyib ki, azərbaycanlı tamaşaçılar “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor” kimi nəhəng klublarla yanaşı, Türkiyə superliqasında mübarizə aparan digər komandaların oyunlarını da izləyə biləcəklər.

“Həftədə 2 görüşü canlı yayımlayacağıq. İşgüzar əlaqələrimdən yararlanıb, derbi qarşılaşmalara və mərkəzi matçlara şərhçilərmizi göndərməyə çalışacağıq. Azərbaycan çempionatında olduğu kimi, meydanın kənarında “CBC Sport”un studiyasının quraşdırılmasına cəhd göstərəcəyik”.

 

Paylaş:
Загрузка...