İDMAN

UEFA “Azərsun Arena”nın adını dəyişdi

UEFA Gənclər Liqasında qrup mərhələsinin I dövrəsinin təqvimi açıqlanıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, C qrupunda mübarizə aparan “Qarabağ”ın U-19 komandasının “Çelsi”, “Roma” və “Atletiko” ilə oyunlarının da vaxtı və yeri müəyyənləşib.

Bakıdakı oyunlar saat 12:00-də başlayacaq. Rəqiblərini “Azərsun Arena”da qəbul edəcək çempionumuzun meydançası rəsmən “Qarabağ” stadionu kimi tanınacaq. Bu da onunla bağlıdır kli, UEFA reklam tipli, sponsor adlarına icazə vermir.

12 sentyabr

Gənclər Liqası, Çempionlar Liqası yolu

C qrupu

I tur

14:05. “Çelsi” (İngiltərə) – “Qarabağ”

Surrey. “Çelsi” Futbol Klubunun Təlim-Məşq Bazası

27 sentyabr

II tur

12:00. “Qarabağ” – “Roma” (İtaliya)

Bakı. “Qarabağ” stadionu

18 oktyabr

III tur

12:00. “Qarabağ” – “Atletiko” (İspaniya)

Bakı. “Qarabağ” stadionu

Paylaş:
Загрузка...